Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO

Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO
İDMAN
21:44 30.06.2026
405
Argentinalı futbolçu Lionel Messi franşizanın yeni filminin tanıtım çarxında "Hörümçək Adam"la birgə uçub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sony Pictures" şirkətinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Messi "Hörümçək Adam. Yeni gün" filminin tanıtım çarxına çəkilib. Kadrda futbolçu baş rolda oynayan Tom Hollandın oturduğu kafeyə daxil olur. Holland onu tanıyır və nə axtardığını soruşur. Messi "Hörümçək adam"ı axtardığını cavablandırır, bundan sonra Holland superqəhrəman kostyumunu geyinir. Növbəti kadrda Messi onunla birgə Nyu-York küçələri üzərində uçur.

Hazırda 39 yaşlı oyunçu Argentina millisinin heyətində DÇ-2026-da çıxış edir. İyulun 4-də argentinalılar 1/16 finalda Kabo-Verde komandası ilə qarşılaşacaqlar. Matç Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR