Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərib

Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərib
İDMAN
03:12 14.11.2026
77
"Yuventus"da çıxış edən türkiyəli futbolçu Kenan Yıldıza Argentina futbolunun əfsanəsi Lionel Messidən xüsusi hədiyyə gəlib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Messi Argentina millisinin heyətində keçirdiyi son oyunda geyindiyi, özü üçün xüsusi hazırlanmış butsları gənc futbolçuya hədiyyə edib.
 
Gözlənilməz hədiyyə qarşısında böyük sevinc yaşayan Kenan Yıldız hisslərini gizlədə bilməyib. O, təəssüratını belə ifadə edib:

"Əgər emosional insan olsaydım, indi ağlayardım".
OXŞAR XƏBƏRLƏR