BAKU AZƏRBAYCAN
15°C
euro 1.8385
dollar 1.7000
rubl 0.0220
lirə 0.2518

Messi və Ronaldoyla müqayisə edilən 19 yaşlı Erlinq Haland - O kimdir?

Messi və Ronaldoyla müqayisə edilən 19 yaşlı Erlinq Haland - O kimdir?
İDMAN
17:20 19.02.2020
8173
O kimdir?" />
AzxeberSport bütün dünyanın müzakirə etdiyi 19 yaşlı futbolçu haqqında hazırladığı yazını təqdim edir:

19 yaşlı hücumçu Norveçdə doğulub. Futbola uşaq vaxtından marağı olan Erlinq Haland professional karyerasına 2016-cı ildə yerli komanda olan "Brayne”də başlayıb.

Bir ildən sonra Norveç liqasının əsas komandalarından olan "Molde”yə transfer olan Haland burada iki il keçirib. 

 


2018-ci ildə "Qalatasaray”ın sabiq futbolçusu Elmander tərəfindən "Cim-bom”a təklif edilən Haland İstanbul klubunun skaut komandası tərəfindən bəyənilməyib.

"Molde”nin heyətində Norveç və Avroliqada ard-arda qol vuran norveçli Avropada bir çox klubun diqqətini çəkməyə başlayır.

Mövsüm sonunda "Molde”nin ən çox qol vuran oyunçusu olan 18 yaşlı hücumçuya bir çox klub təklif göndərir.

İsveçrənin "Redbull Salzburq”u seçən Haland yeni klubu ilə 5 illik müqavilə imzalayır. 

Erlinq "Salzburq”un heyətində liqa ilə yanaşı, UEFA Çempionlar Liqasında da uğurlu çıxış edir.

ÇL-da qol vuran ən gənc ikinci futbolçu ünvanını qazanan Haland bu qolları "Liverpul” və "Napoli”yə vurur.

Bununla da nəhəng klubların maraq dairəsinə daxil olan Halanda yeni təkliflər gəlməyə başlayır.
 
Bu mövsümün qış transfer pəncərəsi zamanı 20 milyon avro qarşılığında Dortmund "Borussiya"sına keçən Haland Almaniya Bundesliqasında gözləntiləri nəinki qarşıladı, hətta yeni rekordlar qırır. 
 
Hazırda "TransferMarket"də futbolçunun dəyəri 60 milyon avro göstərilir.

 

Bundesliqada "Dortmund” formasıyla 6 matçda 9 qol vuran Haland, ÇL-na "Borussiya” forması altında fantastik giriş etib.

"PSJ”-yə qarşı matçda dubl edən norveçli bu mövsüm ümumi qollarının sayını 39-a çatdırıb.

Dünyada bu göstərici cəmi 28 oyunçuya aiddir.

Haland ÇL-da bir mövsümdə ayrı komandaların heyətində qol vuran ilk futbolçu kimi də tarixə düşüb.

Bu mövsüm Çempionlar Liqasında 7 oyuna 9 qol vuran Haland artıq 19 yaşında dünya ulduzları Messi, Ronaldu kimi oyunçularla müqayisə edilir.

Norveç isə dünya futboluna gənc ulduzlar bəxş etməyə davam edir. Martin Odeqard, Erlinq Haland, Aleksadr Sörlot dünyanın ən bacarıqlı gənc oyunçuları siyahısındadır.
 

 


OXŞAR XƏBƏRLƏR