Argentina millisi əfsanəvi kapitanı Lionel Messinin iştirakı olmadan keçirdiyi yoldaşlıq oyununda Uruqvaya 1:2 hesabı ilə məğlub olub.
Buenos-Ayresdəki məşhur "Bombonera” stadionunda keçirilən qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. Argentinalı müdafiəçi Leonardo Balerdinin avtoqolu Uruqvayı önə keçirib.
Bir qədər sonra Maksimiliano Arauxo fərqi iki topa çatdırıb. 2026-cı il dünya çempionatının finalçısı Argentina Xulian Alvaresin qolu ilə hesab arasındakı fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib.
Qeyd edək ki, Argentina millisi bu görüşə yığmadakı karyerasını başa vuran Lionel Messisiz çıxıb.
Qarşılaşmadan sonra Argentina millisinin baş məşqçisi Lionel Skaloni nəticəni belə şərh edib:
"Yekun nəticədən asılı olmayaraq, bu oyun bizə təhlil aparmaq üçün material verdi. Rəqibin güclü olduğunu bilirdik. Onlar bizə çətinlik yaratdılar və buna görə təbrikə layiqdirlər. Gənc futbolçulara özlərini göstərmək və oyun ritminə uyğunlaşmaq üçün imkan verməliyik”.
Argentina millisi növbəti yoldaşlıq görüşünü noyabrın 18-də Kosta-Rikaya qarşı keçirəcək.
///lent.az











































