İran prezidenti və Qətər əmiri enerji əməkdaşlığını müzakirə ediblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Rusiyada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci Zirvə Görüşü çərçivəsində bir araya gəliblər.
Görüşdə Tehran və Doha arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilib, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan istifadə məsələləri müzakirə olunub.
Tərəflər, eləcə də enerji sektorunda birgə əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və ticarət əlaqələrinin inkişafına, qaz ixrac edən ölkələr arasında koordinasiyanın artırılmasına diqqət yetiriblər.











































