Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" məlumat bazasına daxil edilib.
Bu barədə TASS məlumat yayıb.
Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasına qarşı çıxmasıdır.
Özil "Başakşehir" və "Zenit" arasında keçirilən yoldaşlıq görüşü çərçivəsində bu məsələ ilə bağlı fikirlərini səsləndirmişdi.
"FIFA İsrail komandalarına qarşı sanksiya tətbiq etmədiyi halda, Rusiya komandalarına məhdudiyyətlər qoyur. Qurumu ikili standartlardan imtina etməyə və hamıya eyni münasibət göstərməyə çağırıram", - deyə Özil vurğulayıb.
Qeyd edək ki, "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini hədələdiyi iddia olunan şəxslər barədə məlumatlar dərc edir.
//Oxu.Az











































