Mətanət Əsədova keçmiş "Nida"çını həbs etdirdi

SOSİAL
13:30 02.11.2016
4966
 
Müğənni Mətanət Əsədova internetdə onu təhqir edən keçmiş "Nida”çı, hazırda YAP üzvü olan Elsevər Mürsəllinin həbsinə nail olub. 

Müğənninin vəkili Ceyhun Yusifov deyib ki, ilyarım əvvəl Elsevər Mürsəlli Mətanət Əsədovanın ünvanına təhqiredici ifadələr işlədib. Buna görə müğənni Mətanət Əsədova Elsevər Mürsəlli barəsində Xaçmaz rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib. 

Bundan sonra E.Mürsəlli barəsində Cinayət Məcəlləsinin 148-ci ( təhqir) maddəsi ilə cinayət işi başlanıb. Rayon məhkəməsi E.Mürsəllinin müğənnini təhqir etməsini təsdiqləyərək, onu 6 ay şərti cəzaya məhkum etmişdi. 

Lakin müğənni məhkəmənin qərarı ilə razılaşmayıb və Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib. Müğənninin şikayəti üzrə noyabrın 2-də keçirilən iclasda qərar verilib. 

Hakim Hüseyn Nəbiyev M.Əsədovanın dəlillərini əsaslı sayıb və E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar verib. E.Mürsəlli məhkəmə zalında həbs olunub. Vəkil C.Yusifov verilmiş qərarın əmələ adekvat olduğunu açıqlayıb. 

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik ifadələr işlətmişdi.
///Musavat.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb