Mətbuat Şurası jurnalist İlham Tumasın sağlamlıq durumunu nəzarətə götürdü
MEDIA
16:05 27.12.2022
196
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas 27 dekabr tarixində xəstəxanaya yerləşdirilib. Onun sağlamlıq durumu Azərbaycan Mətbuat Şurası tərəfindən nəzarətə götürülüb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Mətbuat Şurası Nəzarət Təftiş Komissiyasının sədri Rey Kərimoğlu açıqlama verib.
"İlham Tumasın müalicəsi TƏBİB tərəfindən yüksək şəkildə həyata keçirilir. Bununla yanaşı, məsələ Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin diqqət mərkəzindədir. Onun sağlamlığı üçün nə lazımdırsa ediləcək”, - deyə Qarabağ qazisi bildirib.
Qeyd edək ki, jurnalist İlham Tumas xəstəxanaya düşüb. Hazırda Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə o, əsəb sarsıntısı keçirib.