Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
MEDİA
22:06 24.07.2015
1220

Azərbaycan Mətbuat Şurası Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Şuradan AZXEBER.COM-a verilən məlumata görə, məktubda bildirilir ki, bu günlərdə bütün ölkə ictimaiyyətində və mediasında əsl bayram ab-havası hökm sürdü. Yüzlərlə həmkarımız fəxri adlarla, diplomlarla, orden və medallarla, prezident təqaüdü ilə təltif olunmaqla böyük sevinc hissi yaşadı.

Müstəqillik illərində dördüncü dəfədir ki, belə təntənəli anlara şahidlik edildiyinin xatırlandığı məktubda bu ənənənin təməlinin Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğu göstərilir. “İyulun 21-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyiniz görüşdə səsləndirdiyiniz fikirlər belə dəst-xəttin davamlılığından xəbər verir”.

Məktubda Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında 2 iyun 2015-ci tarixdə imzaladığı sərəncama xüsusi diqqət yetirilir. “Azərbaycan mətbuatının ötən 140 ildə keçdiyi yol milli şüur və düşüncə, ictimai fikir tariximizin mühüm mərhələsidir. Bu yolda xalqımız bir çox məhrumiyyətlərə də qatlaşdı, çətinliklərə də sinə gərdi.

Ancaq ötən zaman kəsiyinin təhlili göstərir ki, qazandıqlarımız itirdiklərimizi xeyli üstələdi. Çünki böyük mütəfəkkir Həsən bəy Zərdabinin gərgin əməyinin məhsulu olan «Əkinçi» qəzetinin fəaliyyəti yalnız mətbu hadisə deyil, bütövlükdə xalqın gələcək taleyini müəyyənləşdirən cərəyan rolunu oynadı. 1875-ci ilin 22 iyul tarixindən başlanmış missiya 43 il sonra birinci, 116 il sonra isə ikinci zəfər taleyini yaşadı. Bu tale payının adı müstəqil Azərbaycan Respublikası idi. Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamınızı ilk növbədə məhz zəfər tariximizə verdiyiniz böyük dəyərin nümunəsi kimi qəbul edirik”, - deyə bildirilir.

Məktubda dövlət başçısının Mətbuat Şurasının missiyasını yüksək qiymətləndirməsi Şuraya olan etimad nümunəsi kimi yada salınır. Qurumun bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağı bildirilir. Qeyd edilir ki, Azərbaycan dövlətinin media siyasəti həm mətbuatımızın tarixi missiyasına qiymət, həm də demokratik dövlət quruculuğu prosesində jurnalistikanın ictimai institut kimi yeri və rolunun vurğulanması baxımından önəmlidir. “Bu münasibəti təsdiqləyən bir çox konkret addımların atılmasına şahidik.

Azərbaycanda mediaya dövlət dəstəyinin sistemli şəkil almasını, kütləvi informasiya vasitələri işçilərinin sosial şəraitlərinin yaxşılaşdırmaq məqsədilə onlar üçün yaşayış binasının inşasını xüsusi qeyd etməliyik” kimi fikirlərin yer aldığı məktubda həmçinin Azərbycanın Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacağına əminlik ifadə olunur: “Sizə bu yolda möhkəm cansağlığı arzulayırıq. Uğurlarınızın, uğurlarımızın müjdəçisi olmaq qürurumuzdur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib