Mətbuat Şurasından cəbhədəki gərginliklə bağlı mətbuata ÇAĞIRIŞ

Mətbuat Şurasından cəbhədəki gərginliklə bağlı mətbuata  ÇAĞIRIŞ
MEDIA
14:08 02.04.2016
1758
Bu gün Mətbuat Şurası Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı yerli KİV-lərdə gedən materiallarla bağlı bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda deyilir: "Müxtəlif kütləvi informasiya vasitələri, sosial şəbəkə profilləri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində qızğın döyüşlərin getdiyinə dair məlumatlar yayımlamaqdadır. Azərbaycan Mətbuat Şurasının təhlilləri göstərir ki, bu məlumatların müəyyən qismi ayrı-ayrı şəxslərin cəbhəyanı bölgələrdə yaşayan yaxınlarından əldə etdikləri bilgilərdən, müəyyən qismi isə xarici media orqanlarında yer almış xəbərlərdən ibarətdir. Məlumatların çox azında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mövqeyinə istinad edilib.
Mətbuat Şurası cəbhə xəttində ötən illərdə baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti, bu sahədəki mənfi təmayüllərin qeydə alınması reallığını nəzərə alaraq Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçilərini diqqətli olmağa çağırır. Şura hesab edir ki, bu sayaq vəziyyətlərdə medianın vətəndaş mövqeyinə söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. O da nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə buraxırlar.
Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası bir daha ölkəmizin bütün kütləvi informasiya vasitələrini, ayrı-ayrı jurnalistləri cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına həssas yanaşmağa, ciddi şəkildə dəqiqləşdirmələr aparmağa çağırır. Qurum eyni zamanda əlaqədar dövlət qurumlarına hazırkı vəziyyətlə bağlı daha çevik fəaliyyət göstərməyi, cəmiyyətin informasiya tələbatını vaxtında ödəmək üçün bütün mümkün vasitələri dəyərləndirməyi tövsiyə edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı