Mətbuat Şurasının İdarə Heyəti toplanır: Qurultay qərarı veriləcək?

Mətbuat Şurasının İdarə Heyəti toplanır: Qurultay qərarı veriləcək?
MEDIA
14:04 06.09.2022
296
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçiriləcək.
 
Bu barədə AZXEBER.COM-a Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli məlumat verib.
 
O qeyd edib ki, iclas bu gün günün ikinci yarısında baş tutacaq. İclasda gündəlik məsələlər müzakirə olunacaq.

Müşfiq Ələsgərli iclasda Mətbuat Şurasının növbəti qurultayının vaxtının müəyyənləşəcəyi barədə iddialara da cavab verib: 
 
"Bu haqda məlumat yoxdur. Müzakirə olunan məsələlər haqqında iclasdan sonra ətraflı məlumat veriləcək".
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR