Mətbuat Şurasının və “ADY"nin birgə müsabiqəsi üzrə mükafatlandırma mərasimi keçirilib

Mətbuat Şurasının və “ADY"nin birgə müsabiqəsi üzrə mükafatlandırma mərasimi keçirilib
MEDIA
15:53 19.07.2023
168
İyulun 19-da "Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş media müsabiqəsinin nəticələri açıqlanıb. Bununla bağlı təqdimat mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ADY və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları, 30-dək kütləvi informasiya vasitələrinin rəhbərləri, media üzrə QHT təmsilçiləri iştirak ediblər.

ADY sədri Rövşən Rüstəmov çıxış edərək media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və rəhbərlik etdiyi qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Azərbaycan dəmir yollarının inkişafında Ulu Öndərin müstəsna xidmətlərindən danışan Rövşən Rüstəmov bildirib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin zəngin irsinin öyrənilməsi ilə yanaşı, onun dəmir yollarının inkişafındakı xüsusi xidmətlərini təşviq etmək idi: "1969-1982-ci illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi qiymətləndirilir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dəmir yollarının maddi-texniki bazasının formalaşdırılması, infrastrukturun müasirləşdirilməsi və bölgələrə yeni dəmir yolu xəttlərinin çəkilməsində əsaslı inkişaf baş verdi. Həmin dövrdə onlarla yeni vağzal binaları, Qafqazda müvafiq sahə üzrə yeganə ixtisaslaşmış müəssisə olan Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu və daha bir-neçə strateji infrastruktur tikililəri istifadəyə verildi’’.

Nəqliyyat sahəsində milli kadr potensialının formalaşdırlması istiqamətində Ulu Öndərin uzaqgörən  siyasətindən danışan ADY sədri qeyd edib ki, 1970-1987-ci illərdə 200 nəfərə yaxın gənc Sovet İttifaqının tanınmış ali məktəblərində dəmiryolçu ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıblar. Hazırda həmin mütəxəssislərin böyük əksəriyyəti ADY-nin müxtəlif strukturlarında çalışırlar.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözügedən müsabiqəyə daxil olan 70-dən çox yaradıcı iş jurnalistlərin analitik yazı, video-reportaj və məqalələrin hazırlanmsı bacarıqlarını əks etdirmişdir: "Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dəmir yollarının inkişafı haqqında müsabiqə mövzuları jurnalistlərimiz tərəfindən geniş işlənilmiş, maraqlı faktlar ortaya çıxarılmışdı. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialların ədalətli və şəffaf qaydada qiymətləndirib’’.

Qeyd edək ki, Ulu Öndərin dəmir yollarının inkişafındakı xüsusi roluna həsr olunmuş müsabiqə üç istiqaməti əhatə edib:

1) Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli;
2) Heydər Əliyevin gerçəkləçən arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında;

3) Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi.

Müsabiqəyə 01 iyun-15 iyul 2023-cü il tarixlərində 53 kütləvi informasiya vasitələrindən 77 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüblər.

Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim edilib. 

"Azərbaycan Dəmir Yolları” QSC-nin və Azərbaycan Mətbuat Şurasının

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqənin laureatlarının siyahısı

"Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” adlı birinci istiqamət üzrə

Rövşən Əliyev – AZTV
Mehman Rəsulov – Real TV
Emin Səfərov – "Qafqazinfo.az” saytı
 
"Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında” adlı ikinci istiqamət üzrə

Nigar Rəhmanova – CBC telekanalı
Vaqif Bayramov – "Xalq qəzeti”
Rövşəb Tahirov – ATV telekanalı
 
"Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi” adlı üçüncü istiqamət üzrə

Müsəllim Həsənov – "525-ci qəzet”
Səriyyə Cəfərova – "Təzadlar” qəzeti
Məhsəti Ağayeva – "Aran” qəzeti (Ağcabədi)
 

Seymur Verdizadə - "Yenisabah.az” saytı
Vəli İlyasov – "İki sahil” qəzeti
Surxay Atakişiyev – "Bizim.media” saytı
Yeganə Məmmədova – "Xalq.az” saytı
Vüqar Əliyev – "Mədəniyyət” qəzeti
Asif Nərimanlı – Teleqraf Media Qrupu
İlhamə Xankişiyeva – "Oxu.az” saytı
Heydər İsmayılov – Media Türk internet televiziyası
Tapdıq Qurvanlı – Teleqraf Media Qrupu
Lalə Mehralıyeva – "TvPress” internet qəzeti
Timur Rzayev – "Caliber.az” saytı
Emin Nəbili – "Üç nöqtə” qəzeti
Rüstəm Məlikov – "Qələbə” qəzeti (Salyan)
Seymur Əliyev – "Moderator.az” saytı
Əfqan Qafarov – "Modern.az” saytı
Dəryanur Cəfərova – Real TV
Ramiz Cürənov – APA
Tural Tağıyev – "Azvision.az” saytı
Məhəmməd Tağıyev – "525-ci qəzet”
Nahid Canbaxışlı "Veteninfo.az” saytı
Səbuhi Musayev – "Prosport.az” saytı
Vüsal Nəbiyev – APA
Aqil Bəkirli – Yeni çag Media Qrupu
Samirə Səfərova – "Bakı xəbər” qəzeti
Aytən Bağırova – "Asvision.az” saytı
İlahə Məmmədli – "Report” İnformasiya Agentliyi
Nadir İsmayılov – Bayraqdar Media
Ramid İbrahimov – "Bakivaxti.az” saytı
Xəyalə Cəfərova – AZƏRTAC
Pərviz İsmayılov – "Yeni Azərbaycan” qəzeti

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR