Tanınmış müğənni Günay İbrahimlinin yol hərəkət qaydasını pozmağı haqda məlumat vermişdik.
AZXEBER.COM xəbər verir ki, o, maşın idarə edərkən, davamlı "selfie” çəkdiyi üçün yol hərəkət qaydasını pozub.
Müğənni qayda pozduğunu etiraf edərək, bu haqda "İnstaqram"-da bunları deyib: "Mən artıq neçə ildir ki, sürücüyəm. Təcrübəm çoxdur, bu günə kimi heç bir qəza törətməmişəm. Bu səbəbdən "selfie" çəkən zaman çaş-baş qalmamışam. lakin qayda pozduğumu boynuma alıram. Qanunda yazılan cəriməni ödəyəcəm, bir daha belə addım atmayacam".