Metro sərnişinləri üçün yenilik: M9 ekspres marşrutu fəaliyyətə başlayır

Metro sərnişinləri üçün yenilik: M9 ekspres marşrutu fəaliyyətə başlayır
SOSİAL
17:03 11.09.2026
120
Metro xətlərinin ayrılması ilə bağlı yeni ekspres marşrut fəaliyyətə başlayır.

AZXEBER.COM xəbər verir ki, metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə daha bir ekspres marşrut xətti təşkil edilir.

Artan sərnişin tələbatının qarşılanması məqsədilə sentyabrın 13-dən M9 nömrəli ekspres marşrut fəaliyyətə başlayacaq.

Yeni marşrut metronun "Elmlər Akademiyası” və "Nizami” stansiyalarından "Qara Qarayev”, "Neftçilər”, "Xalqlar Dostluğu”, "Əhmədli” və "Həzi Aslanov” stansiyaları istiqamətində sərnişindaşımanı həyata keçirəcək.

Avtobusların "Elmlər Akademiyası” metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospektində, "Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsində, metronun qarşısında yerləşəcək.

Marşrut üzrə avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılacaq və saat 06:00-dan 00:00-dək təşkil ediləcək.
OXŞAR XƏBƏRLƏR