25 sentyabr saat 17:53-də Bakı metropoliteninin "Memar Əcəmi” – "20 Yanvar” mənzilində sərnişin(kişi) qatar yoluna tullanıb.
Bakı metropoliteni QSC-dən AZXEBER.COM-a bildirilib ki, hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb. Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.
13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur.











































