Bir neçə dəqiqə bundan əvvəl Bakı metropoliteninin “Nizami” stansiyasında bədbəxt hadisə baş verib.AZXEBER.COM-un məlumatına görə, peronda qatarın gəlməsini gözləyən 24-25 yaşlarında bir gənc, stansiyada olan güzgüyə baxarkən, arxadan gələn qatar onu başından vurub.
Hadisə şahidinin dediyinə görə, qatarı idarə edən şəxs qatarı saxlamağa cəhd etsə də, bu alınmayıb.
Nəticədə gənc oğlan başından xəsarət alıb və xəstəxanaya aparılıb.