Metroda bunu etsəniz 200 manat cərimə olunacaqsınız - VİDEO

Metroda bunu etsəniz 200 manat cərimə olunacaqsınız - VİDEO
SOSİAL
22:54 15.05.2026
750
Metroda bu düymə zarafat üçün deyil. "Maşinistlə əlaqə" rabitə düyməsi fövqəladə hallarda maşinistə məlumat vermək üçündür.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbərinə görə, metroda maşinist kimi çalışan Səlim Rüstəmov deyir ki, bəzi sərnişinlər, xüsusilə gənclər, maşinistlə əlaqə düyməsini ehtiyac olmadan sıxırlar. Amma onlar fərqində belə deyillər ki, maşinistin işi yalnız qatar idarə etməkdən ibarət deyil.

 Yeraltı nəqliyyatda gün ərzində 8 saat qatar idarə edən maşinist sərnişinlərin qəribə istəklərindən də danışdı:

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun deyir ki, İnzibati Xətalar Məcəlləsində maşinistlə əsassız şəkildə əlaqə yaratmağa görə müvafiq cərimələr nəzərdə tutulub.

Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlər "maşinistlə əlaqə" düyməsindən istifadə edərkən məsuliyyətli və diqqətli olmalıdırlar.

OXŞAR XƏBƏRLƏR