Metroda gedişhaqqı artırılacaq?

MARAQLI
11:41 05.02.2011
1929

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradovun dediyi kimi, fevralın 5-dən etibarən avtomatik gediş yükləmələri terminalında işlərin dayandırılması aparatların yenidən proqramlaşdırılması ilə bağlıdır.
"Aparatların davamlılığını artırmaq, keyfiyyətli xidmət təqdim etmək və bununla bağlı şikayətlərin sayının azaldılması üçün yenidən proqramlaşdırma üzrə işlər aparılır", - Muradov deyib.
Mövcud işlər məhz şənbə günləri aparılır, belə ki, həmin gün daha az sərnişin axını müşahidə olunur, o bildirib.

Bakı Metropolitenində sərnişinlərin gediş haqqı sonuncu dəfə 2009-cu ilin oktyabrında artırılıb. Azərbaycan Tarif Şurasının qərarı ilə 2009-cu il oktyabrın 1-dən Bakı Metropolitenində sərnişinlərə xidmət üzrə tariflər üç dəfə - 1996-cı ildə Bakə şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunan 0,05 manatdan 0,15 manata qaldırılıb.

 

OXŞAR XƏBƏRLƏR