Metroda gediş haqqı artırılacaqmı? – RƏSMİ

Metroda gediş haqqı artırılacaqmı? – RƏSMİ
Bütün Xəbərlər
14:05 09.01.2015
1223
Bakı şəhərində havaların kəskin soyuması, qarın yağması və şaxtalı günlərin keçməsi ilə bağlı hər il qış aylarında olduğu kimi bu günlərdə də ictimai nəqliyyatda ciddi problemlər ortaya çıxıb. Belə günlərdə paytaxt sakinlərinin daha çox istifadə etdiyi ictimai nəqliyyat növü metrodur.
Sözügedən məsələ Bakı sakinlərinin diqqət mərkəzində olan aktual məsələ olduğu üçün Bakı Metropliteninə müraciət etdik.
AZXEBER.COM-un suallarını Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev cavablandırıb.
- Havaların soyuq keçməsi ilə əlaqədar sərnişin sıxlığının yaranması ilə bağlı metropolitendə problemlər yaranıbmı?
- Bu günə olan məlumata görtə, hələlik elə bir ciddi problemlə qarşılaşmamışıq. Havaların soyuq, şaxtalı keçməsi ilə əlaqədar təbii ki, hərəkət edən vaqonların sayında, eləcə də, texniki təminat məsələlərində hər bir məsələyə nəzarət artırılıb. Bildirmək istəyirəm ki, hazırda Bakı şəhərində soyuq şaxtalı günlər keçsə də, 
Bakı Metropolitenində sərnişin sıxlığı problemi yaşamırıq.
- Havaların kəskin soyuması ilə bağlı xətlərə əlavə qatarlar buraxılıbmı?
- Bu günlərdə hələlik ehtiyac duyulmadığı üçün xətlərə əlavə qatarlar buraxılmayıb. Amma sərnişin sıxlığı yaranarsa, ciddi problemlər ortaya çıxarsa ehtiyac səbəbi ilə xətlərə əlavə vaqonlar burtaxılacaq.
- Neftin qiymətinin son günlərdə kəskin surətdə aşağı düşməsi metroda gediş haqlarının artırılmasına səbəb ola bilərmi?
- Bu məsələ Bakı Metropolitenində bu gün gündəmdə deyil və qurumda bu barədə hər hansı istiqamətdə müzakirələr aparılmır. Bakı Metropoliteni yaxın gələcəkdə Tarif Şurasına metroda gediş haqqıının artırılması ilə bağlı müraciət etmək niyyətində deyil.
Orxan
OXŞAR XƏBƏRLƏR