Metroda nasazlıq
AZXEBER.COM İnformator.az-a istinadən xəbər verir ki, Qara Qarayev – Dərnəgül istiqamətində qatarların hərəkəti heç bir səbəb göstərilmədən dayandırılıb. Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, sərnişinlər arasında narazılıq yaranmağa başlayıb. Qatarların bəziləri tunellərdə saxlanılıb. Sürücülər isə tez-tez anonslar vasitəsi ilə problemin tezliklə həll olunacağını bildiriblər. Yarım saat davam edən məhdudiyyətlər aradan qaldırılıb.
Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, sərnişinlər arasında narazılıq yaranmağa başlayıb. Qatarların bəziləri tunellərdə saxlanılıb. Sürücülər isə tez-tez anonslar vasitəsi ilə problemin tezliklə həll olunacağını bildiriblər.
Yarım saat davam edən məhdudiyyətlər aradan qaldırılıb. Səbəb kimi “Həzi Aslanov” “İçərişəhər” xətti ilə hərəkət edən 11 saylı qatarda “N. Nərimanov” stansiyasının girişində nasazlığın yaranması. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevın açıqlamasına görə, nasaz qatar köməkçi qatar vasitəsilə stansiyaya gətirilib.