Metroda nə baş verir? - Açıqlama

Metroda nə baş verir? - Açıqlama
Bütün Xəbərlər
10:37 05.09.2015
3787

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib. Belə ki, “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “20 Yanvar” stansiyasına 10 dəq intervalla çatıb. AZXEBER.COM xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  açıqlamasında bildirib ki, bu gün səhər saatlarında 39 saylı marşrut qatarı “Azadlıq” stansiyasında nasazlıq olub. QSC rəsmisi bildirib ki, sərnişinlər boşaldılıb və qatar depoya gedib: “Bir qatar xəttən çıxdığı üçün interval bu qədər uzanıb. Depodan onun yerinə qatar verilib. Bir qatar çıxdığına görə interval 10 dəqiqə olub. Nasaz qatarın yerinə depodan qatar veriləndən sonra isə qrafik tam bərpa olunub”-deyə N.Paşayev vurğulayıb

//azvision

OXŞAR XƏBƏRLƏR