Metroda qiymət qalxacaq? – Rəsmi cavab

Metroda qiymət qalxacaq? –  Rəsmi cavab
Bütün Xəbərlər
00:03 03.04.2014
2306
“Metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb”.
AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev metroda gediş haqlarının artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
A.Əliyev qeyd edib ki, bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı müraciət daxil olmayıb və bu məsələ Tarif Şurasında müzakirə olunmur.
OXŞAR XƏBƏRLƏR