Sankt-Peterburq polisi cinayət məcəlləsinin 213-cü - “Xuliqanlıq” maddəsi ilə iş qaldırıb
“Rus Marşı”-nın keçirilməsindən sonra 4 noyabrda Sankt-Peterburq metrosunda sərnişinlərə edilən hücumla bağlı bu gün cinayət işi qaldırılıb. Sankt-Peterburq polisi cinayət məcəlləsinin 213-cü - “Xuliqanlıq” maddəsi ilə iş qaldırıb. Qeyd edək ki, məlum video görüntülərin internetdə yayılması miqrantlar arasında ciddi təşvişə səbəb olub. Video görüntülərdə rus millətçilərindən bir neçə üzvünün qeyri-slavyan əsilli kişiləri döydüyü açıq-aşkar görünür. Ancaq hələ təzyiqə məruz qalanlardan heç kim polisə şikayət etməyib. Xatırladaq ki, metro stansiyasıındaki insident zamanı 80 nəfər saxlanılmışdı.(anspress)