“Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində inşa olunan metro stansiyası gələn il, yəni 2016-cı ildə istifadəyə veriləcək”.Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, sözügedən ərazidə hazırda tikinti işləri gedir:“Hazırda daha çox avadanlıq və quraşdırma işləri aparılır. Tikinti işləri demək olar ki, başa çatıb”.N.Paşayev Avtovağzal Kompleksi ərazisində aparılan tikintinin bu qədər gecikməsinin səbəbini belə izah edib:“Böyük layihələrdə hər zaman gecikmə ehtimalı var”.