Metronun eskalatorları günün pik vaxtı niyə işləmir?

Metronun eskalatorları günün pik vaxtı niyə işləmir?
Bütün Xəbərlər
18:41 06.05.2013
1176

Bakı Metropolitenində əksər vaxtlarda eskalatorların cəmi ikisi işləyir.

Onlardan biri sərnişinləri yuxarı qaldırır, digəri isə aşağı endirir. Halbuki, adətən stansiyalarda üç eskalator olur. Pik vaxtlarında eskalatorların ikisini əhalinin hərəkət etdiyi əsas istiqamətdə yönəltmək olar. AZXEBER.COM xəbər verir ki, bu sözləriDay.Azsaytının oxucularından biri saytın redaksiyasına göndərdiyi məktubda yazıb. Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Metropoliteni ilə əlaqə saxlayıb. Metropolitendən bildiriblər ki, eskalatorlar sərnişin axınından asılı olaraq söndürülür və ya yandırılır. Pik vaxtlarında ikinci eskalator istifadəyə verilir. Əgər bu edilmirsə, deməli, onlardan biri təmirə bağlanıb.

OXŞAR XƏBƏRLƏR