Bakı metrosunun fəaliyyəti nə vaxt bərpa ediləcək?

Bakı metrosunun fəaliyyəti nə vaxt bərpa ediləcək?
SOSİAL
13:07 21.04.2026
1260
Xəbər verdiyimiz kimi, bu gün saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Hazırda vətəndaşların metronun bütün stansiyalarına girişinə məhdudiyyət qoyulub.
 
Bakı metropolitenindən AZXEBER.COM-a verilən məlumata görə metronun fəaliyyəti bir saat içində bərpa olunacaq:

"Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik".
OXŞAR XƏBƏRLƏR