Metropolitenin yeni sədri danışdı

Metropolitenin yeni sədri danışdı
Bütün Xəbərlər
15:25 27.02.2014
2186
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov Lent.az-a danışıb. 
O , açıqlamasında bildirib ki, sərəncamla səhər saatlarında tanış olub: “Sərəncamdan səhər xəbər tutmuşam. Məni yeni vəzifəyə təyin etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm”.
“Metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı” sualına Z. Hüseynov belə cavab verib: “Yaxşılığa doğru hər şey olacaq”.
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və yeni quruma “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində I müavin işləmiş Z. Hüseynov təyin olunub.
OXŞAR XƏBƏRLƏR