Meyiti tapılan məktəb direktoru suda boğulub - Nazirlik

Meyiti tapılan məktəb direktoru suda boğulub -  Nazirlik
Bütün Xəbərlər
13:10 06.09.2013
1659

Daxili İşlər Nazirliyi məktəb direktorunun ölümü ilə bağlı məlumat yayıb.

AZXEBER.COM nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Zərdab rayonu ərazisindəki su kollektorunda, rayonun Fəhlə qəsəbə sakini Adil Nuriyevin üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Nuriyev Adil Dadaş oğlu Zərdabın Bəyimli qəsəbəsi tam orta məktəbinin direktoru olub. Avqustun 5-də A. Nuriyevin yaxınları onun itkin düşməsi ilə bağlı polisə məlumat veriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün saat 16:00 radələrində A. Nuriyevin meyiti rayon ərazisindən keçən su arxından tapılıb.

OXŞAR XƏBƏRLƏR