Meymunçiçəyinə yoluxmamaq üçün bunları tərgitməlisiniz: "Cinsi əlaqə, yaxın təmas...

SAĞLAMLIQ
00:01 08.07.2022
1384
Mütəxəssislər meymunçiçəyi ilə bağlı xəbərdarlıq edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son zamanlar dünyada sürətlə yayıldığı üçün narahatlıqlara səbəb olan və Türkiyədə də görülən meymunçiçəyi virusu ilə bağlı yeni bir araşdırma virusun əlamətləri ilə bağlı əhəmiyyətli bir məqama işıq salıb.

May ayından bu yana Türkiyə də daxil olmaqla 50-dən çox ölkədə müşahidə edilən xəstəliyə yoluxanların sayı 5800-ü keçib. Ancaq virusun diaqnozu çətin olduğundan, yoluxmaların sayının bilinəndən qat-qat çox olduğu düşünülür və bu, xəstəliyin nəzarətdən çıxacağı ilə bağlı narahatlıqlar yaradır.

Meymunçiçəyi xəstəliyinin ən çox görüldüyü ölkələrdən biri olan İngiltərədə bu rəqəm 1350-ni keçib və mütəxəssislər simptomlarla bağlı yeni xəbərdarlıq ediblər. Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin İnfeksiya şöbəsinin direktoru Meera Çand qeyd edib ki, virusa yoluxduqdan sonra müxtəlif simptomlarla özünü göstərməsi üç həftəyə qədər çəkə bilər. Bu səbəbdən də ekspert qeyd edib ki, yaxın təmasdan və ya cinsi əlaqədən sonra insanlar meymunçiçəyi xəstəliyinin əlamətlərinə qarşı diqqətli olmalıdırlar.

Alimlər xəbərdarlıq edirlər ki, simptomların diferensiallaşması və onların gec başlaması sürətlə yayılan xəstəliyin aşkarlanmasını çətinləşdirir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR