Güclü dolu məhsulları məhv etdi: Bazarlarda qiymətlər yüksələ bilər - VİDEO

Güclü dolu məhsulları məhv etdi: Bazarlarda qiymətlər yüksələ bilər - VİDEO
SOSİAL
23:49 27.05.2026
671
Ötən gün yağan güclü dolu bəzi bölgələrdə meyvə bağlarını, tərəvəz sahələrini yararsız hala salıb. 

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, Tovuzun Kirən və Çatax inzibati ərazi dairəsinə tabe olan kəndlərə yağan dolu səbəbindən yeni yetişən məhsullar zərər görüb. Kənd sakinləri deyir ki, aylardır çəkdikləri zəhmət məhv olub.
Satıcıların sözlərinə görə, isə məhsuldarlığın azalması bazarlarda qiymət artımına səbəb olacaq. 

Satıcılar qiymət artımının  xüsusilə mövsümi meyvə və tərəvəzlərdə olacağını bildiriblər.

OXŞAR XƏBƏRLƏR