Meyvə şirəsinin içərisindən mobil telefon çıxdı - FOTO

Meyvə şirəsinin içərisindən mobil telefon çıxdı - FOTO
Bütün Xəbərlər
11:54 08.09.2014
951
Fakt üzrə araşdırma aparılır.
3 saylı İT-yə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsinə əsasən həbs edilmiş şəxs İlkin Xalıq oğlu Hüseynzadəyə qohumu, Bakı şəhəri, T.Abbasov küçəsi, ev 9, mənzil 50 ünvanında yaşayan vətəndaş Firudin Famil oğlu Salmanovun gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd “Pfanner” meyvə şirəsinin içərisində xüsusi üsulla yerləşdirilmiş bir ədəd “Nokia”, bir ədəd “C10” markalı mobil telefon aparatları və dörd ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR