Meyxanaçı İntiqam Timatini məhkəməyə verir

Meyxanaçı İntiqam Timatini məhkəməyə verir
Bütün Xəbərlər
13:52 10.08.2012
2393
Məşhur meyxanaçı İntiqam Rüstəmov rusiyalı reper Timatinin ona və qardaşına məxsus meyxana sözlərini qeydiyyatdan keçirməsinə münasibət bildirib.
Bu barədə “Qafqazinfo”ya açıqlama verən meyxanaçı məlumatdan xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, hazırda anasının səhhəti ilə bağlı məsələ ilə maraqlana bilmir: “Bu meyxananı ifa etdiyimiz toydan diskimiz də var. Hər kəs bunun bizə məxsus olduğunu bilir. Bizim meyxanadan niyə başqası istifadə etməlidir? Bununla maraqlanacam və mümkün olsa Timatini məhkəməyə verəcəm”. İntiqam Rüstəmov meyxananın ona məxsus olduğunu rəsmiləşdirmək üçün bu yaxınlarda müəllif hüquqlarına da müraciət edəcəyini əlavə edib. Qeyd edək ki, rusiyalı reper Timati İntiqam və Ehtiram Rüstəmov qardaşlarına aid olan və brend halına gələn məşhur “Davaydosvidaniya” ifadəsini öz adına qeydiyyatdan keçirib.
OXŞAR XƏBƏRLƏR