Məzahir Pənahov: "Bu irada bişmiş toyuğun gülməyi gəlir"

Məzahir Pənahov: "Bu irada bişmiş toyuğun gülməyi gəlir"
Bütün Xəbərlər
17:10 07.10.2013
5121

MSK sədri bəzi xarici müşahidəçiləri gördüyünü deyil, kiminsə dediklərini yazmaqda ittiham edib

 Seçkilərlə bağlı bütün hazırlıq işləri başa çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə MSK-nın növbəti iclasında Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, xarici müşahidəçilər yazırlar ki, namizədlər onların sənədlərinin araşdırılmasında MSK-nın onların özlərini dəvət etmədiyindən şikayət edirlər. "Biz həmişə şikayətləri araşdıran zaman onların nümayəndələrini də dəvət olunur". 

MSK sədri xarici müşahidəçilərin bu iradlara öz narazılığını bildirib. O, nümayəndələri öz gördüyünü deyil, kiminsə dediklərini yazmaqda ittiham edib. "Bizim müşahidəçilər bunlara baxanda toya getməlidirlər. Mən praktikamda birinci dəfədir ki, belə halla qarşılaşıram. KİV-ə təzyiq məsələsinə gəlincə, bütün dünyada cəmiyyət buna həssadır. Burada heç nə tapılmayıb, ona görə, belə bir şey yazıblar. Bu səviyədə irada bişmiş toyuğun gülməyi gəlir. Belə çıxır ki, bu insanlar göstəriş alıblar ki, seçki tələblərinin pozulması ilə bağlı mütləq nəsə uydurub yazsınlar". M.Pənahov bildirib ki, bütün proseslər xarici müşahidəçilərin gözü qarşısında baş verib. "Biz beynəlxalq qurumlarla əməkdaşlıq etməliyik, mən bunun tərəfdarıyam. Amma bu şəkildə yazmaq düzgün deyil. Cəmil Həsənlinin nümayəndəsi də burada iştirak edib. Hər şey hamının gözləri qarşısında baş verib".

OXŞAR XƏBƏRLƏR