Məzahir Pənahov: “İlham Əliyev 84,59% səs toplayıb”

Məzahir Pənahov: “İlham Əliyev 84,59% səs toplayıb”
Bütün Xəbərlər
12:23 10.10.2013
1100

MSK sədri Məzahir Pənahov prezident seçkilərinin nəticələrinə dair brifinq keçirib.

AZXEBER.COM xəbər verir ki, MSK sədri nəticələrin 100 faiz üzrə açıqlanmamasının səbəblərini göstərib: “Nəticələr 100 faiz məntəqə üzrə bizə məlumdur”.

MSK sədri bildirib ki, protokolları gəlməyən məntəqələr köçkünlərin məskunlaşdığı yerlərdə olan məntəqələrdir.

“Məcburi köçkünlərun səs verdiyi 26 məntəqənin protokolu hələ bizə çatdırılmayıb. Ona görə də, o məntəqələrin nəticələri hələlik nəzərə alınmayıb”.

 “70-dən artıq rayonda köçkünlərimiz məskunlaşıb. Bir dairənin nəticələrini toplamaq üçün çoxlu sayda məntəqənin protokolları yığılmalıdır”.

Onun sözlərinə əsasən, 5 466 seçki məntəqəsindən daxil olan nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən irəlidədir. İlham Əliyev 84,59 faizlə (3 118 287 səs) öndə gedir.   Digər namizədlərin səsləri isə belədir:   Cəmil Həsənli - 5,54% (204 209 səs) İqbal Ağazadə 2,38% (87 847 səs) Qüdrət Həsənquliyev - 1,98% (73 136 səs) Zahid Oruc - 1,4% (53 352 səs) İlyas İsmayılov - 1,09% (39 319 səs) Araz Əlizadə - 0,86% (31 153 səs) Fərəc Quliyev - 0,86% (31 570 səs) Hafiz Hacıyev - 0,66% (24 254 səs) Sərdar Məmmədov - 0,61% (22 568 səs)

 

OXŞAR XƏBƏRLƏR