Məzahir Pənahovun yaxın qohumunu avtomobilində partladaraq öldürdülər

Məzahir Pənahovun yaxın qohumunu avtomobilində partladaraq öldürdülər
Bütün Xəbərlər
14:57 07.08.2014
2467
Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımov şəxsi avtomobilində partladılaraq öldürülüb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim UğurluyevAPA-ya açıqlamasında bildirib ki, hadisə avqustun 4-də axşam baş verib.

R. Uğurluyevin sözlərinə görə, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Tovuz rayonunun Xatınlı kəndindən olan, 1966-cı il təvəllüdlü Rövşən Qasımov şəxsi avtomobili ilə Krasnıy Luç şəhərinin girəcəyində separatçılar tərəfindən atəşə tutulub: “Avtomobil qumbaraatanla vurulub. Rövşən Qasımov həlak olub, cəsədi yanaraq tanımaz hala düşüb”.

R. Qasımovun Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun yaxın qohumu olduğunu bildirən R. Uğurluyev qeyd edib ki, hazırda onun meyiti Krasnıluç yaxınlarındadır: “Harada dəfn olunması ilə bağlı özləri qərar verəcəklər”.

R. Uğurluyevin sözlərinə görə, R. Qasımovun Luqanskda iri fermer təsərrüfatı olub. Separatçılar bir ay əvvəl onu, sonra isə ailəsini girov götürüblər. Aparılan danışıqlar nəticəsində iş adamı və ailəsi girovluqdan azad olunub.

Tovuz rayonu Xatınlı kəndinin icra nümayəndəsi Nurəddin MəmmədovAPA-ya faktı təsdiqləyərək bildirib ki, həlak olmuş R. Qasımov MSK sədri Məzahir Pənahovun yaxın qohumudur: “Rövşənin anası ilə Məzahir müəllimin atası əmi uşağıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir