Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı
HADİSƏ
10:41 15.11.2026
74
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər.
Həlak olan Turan Əsgərov və Əhəd Heydərzadə Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin 11-ci sinif şagirdləri olublar. Onlar bu tədris ilinin sonunda məktəbi bitirərək məzun olmağa hazırlaşırdılar. Lakin faciəli qəza onların arzularını yarımçıq qoyub.