‘Mia.az’a güclü xaker hücumu olub

‘Mia.az’a güclü xaker hücumu olub
MEDİA
18:31 03.02.2015
1731

Təxminən 10 gündən çoxdur Müstəqil İnformasiya Agentliyinə məxsus olan Mia.az saytı hakerlərin davamlı hücumuna məruz qalıb. Agentlik rəhbərliyi bununla bağlı açıqlama yayıb.

Açıqlamada sayt rəbhərliyi bildirib ki, 10 gün ərzində bu hücumların qarşısını almaq üçün müxtəlif vasitələrə əl atılıb, yeni qoruyucu proqramlar yazılıb, sayt başqa proqramın üzərinə köçürülüb:

“ Ancaq hakerlər sanki qarabaqara bu saytı izləyir və məqsədli şəkildə hücumlarını davam etdirirlər. Artıq sayt iflic vəziyyətə salınıb. Nə ediriksə, ona qarşı yeni və daha təkmil “atak” işə salınır və yenidən saytın fəaliyyətinə problem yaradılır. Cox ciddi araşdırmalardan sonra bu hücumların əhəmiyyətli hissəsinin Azərbaycandan olunduğunu dəqiqləşdirmişik. Artıq bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edilib. Əsas hücum edilən dəqiq İP-lər təqdim olunub. Hazırkı məqamda bu İP-lərin kimlərə məxsus olması və ya bu hücumları haradan qaynaqlanmasına dair əsaslı məlumatlarımız var. Əminik ki, aidiyyatı qurumlar bu İP-lərin kimə məxsus olması, kimin azad sözə hücum təşkil edərək, hansı məqsədi güddüyünü rəsmi müəyyənləşdirməklə yanaşı, lazımı tədbirləri həyata keçirəcəklər. Biz bu məsələdə tam dövlətimizə güvənirik”.

Açıqlamada o da bildirilir ki, sayta hücumu təşkil edənlər “atak”ları əsasən xəbərlərin üzərindən edirlər: “Bizə maraqlı gələn odur ki, sayta dayanmadan edilən güclü “atak”lar daha çox bir neçə yazının, o cümlədən cənab prezident İlham Əliyevin sayta yerləşdirilən sərəncamlarının üzərindən olunur. Yəni tutaq ki, Prezidentin hər hansı bir sərəncamı ilə bağlı xəbəri açmaq istəyəndə, 1 saniyədə ən azı 3 milyondan çox saxta İP bu xəbərə yönəldirilir. Anoloji hal digər bir neçə xəbərlərdə də təkrarlanır. Sanki kimsə bununla təkcə bizə qarşı deyil, həm də ölkə rəhbərliyinə qarşı addım atdığını nümayış etdirmək istəyir. Bunun hansı anlama gəlməsini dövlət araşdırmalıdır. Və o səbəbdən ölkə rəhbərliyi və aidiyyatı qurumlar ndan bu problemə operativ müdaxilə edərək, tədbirlər görülməsini xahiş edirik”.

OXŞAR XƏBƏRLƏR