"Microsoft" "Skype"ı alır

Bütün Xəbərlər
10:57 10.05.2011
1565

Dünyanın iki nəhəng şirkəti arasında alqı-satqı əməliyyatı keçirilir. "Wall Street Journal"ın məlumatına görə, "Microsoft" şirkətinin "Skype"ı alması üzrə satış prosesi sona yaxınlaşır. "Skype" üçün 7-8 milyard dollar təklif edilir.

Qeyd edək ki, rəsmi razılaşma bu gün elan edilməli idi. Məlumata görə, hazırda adıçəkilən hər iki nəhəng şirkətin nümayəndələri alqı-satqı ilə bağlı şərh verməkdən imtina edirlər. 

Xatırladaq ki, ötən həftə videozəng servisi olan "Skype"a "Facebook" sosial şəbəkəsi və "Google"un sahib olması barədə də məlumatlar yayılmışdı. "Gazeta.ru" saytı "Facebook" rəhbəri Mark Zukerberqin xidmət üçün 3-4 milyard dollar təklif etdiyini yazmışdı.

 

OXŞAR XƏBƏRLƏR