Mikayıl Cabbarov: "Aİ ölkələri Azərbaycana 20 mlrd dollar investisiya yatırıb"

Mikayıl Cabbarov: "Aİ ölkələri Azərbaycana 20 mlrd dollar investisiya yatırıb"
İQTİSADİYYAT
18:40 12.03.2021
720
"Aİ Biznes Mühiti Hesabatı 2020” 5-ci nəşrinin təqdimatı keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə Azərbaycanın rəsmi şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Bu barədə AZXEBER.COM İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycan iqtisadiyyatının genişlənməsinə və şaxələndirilməsinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi baxımından Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Nazir tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2020-ci ildə ticarət dövriyyəsi 9,33 milyard ABŞ dolları təşkil edib. Son 8 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollardan çoxdur.

COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirindən bəhs edən iqtisadiyyat naziri bu təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən sosial-iqtisadi və maliyyə dəstəyi tədbirləri, həmçinin iqtisadiyyatın liberallaşdırılması istiqamətində görülən işlər, əlverişli biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqinə dair strategiya və s. barədə məlumat verib.

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş torpaqlarımızda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin əsas vəzifələrdən olduğunu, investisiya qoyuluşu üçün geniş imkanlar yaradılacağını bildirib, təşkilata üzv olan ölkələri reallaşdırılacaq layihələrdə əməkdaşlığa dəvət edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan ilə Aİ arasında əlaqələrdən danışıb, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda həmçinin, "Azərbaycan 2020: Aİ biznes mühiti” hesabatının təqdimatı keçirilib, ekspertlərin rəyləri dinlənilib. Hesabata əsasən, Azərbaycanda təmsil olunan Aİ ölkələri şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini bildiriblər. Bununla yanaşı, Avropa şirkətlərinin 75%-i pandemiyanın təsirlərinin minimallaşdirilması üçün həyata keçirilən dövlət dəstəyi tədbirlərindən tam razı qaldıqlarını ifadə ediblər. Avropa şirkətləri həmçinin, Azərbaycanın işğaldan azad olunmuş əraziləri üzərində Hökumət nəzarətinin bərpa edilməsinin həm əhali, həm də ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar.

Sonda iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
21:10 21.10.2026
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
21:04 21.10.2026
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
21:02 21.10.2026
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
20:55 21.10.2026
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
Husilərin İraqdakı ofisləri bağlanır
20:52 21.10.2026
Husilərin İraqdakı ofisləri bağlanır
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
20:47 21.10.2026
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
20:43 21.10.2026
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
20:39 21.10.2026
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
20:36 21.10.2026
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
20:31 21.10.2026
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
20:27 21.10.2026
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
20:19 21.10.2026
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
20:15 21.10.2026
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
20:09 21.10.2026
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
20:05 21.10.2026
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
20:00 21.10.2026
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb