Mikayıl Cabbarov Britaniyanın ixracat nazirini qəbul etdi - FOTO

Mikayıl Cabbarov Britaniyanın ixracat nazirini qəbul etdi - FOTO
İQTİSADİYYAT
12:47 24.05.2021
567
İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının İxracat naziri Qraham Styuart ilə görüşüb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata əsasən, Mikayıl Cabbarov Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir.

Qeyd edilib ki, 4-cü iclası keçirilən Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli əlaqələrin inkişafında önəmli platformadır.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, rəqəmsal ekosistemin inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb, Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə "yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialının böyük olduğunu qeyd edib.

Görüşdə azad edilmiş ərazilərimizdə nəzərdə tutulan işlər barədə məlumat verilib. Böyük Britaniya və Şimali İrlandiya Krallığının ixracat naziri bu işlərdə Britaniya şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
09:25 09.11.2026
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
09:17 09.11.2026
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
09:07 09.11.2026
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
08:58 09.11.2026
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
08:44 09.11.2026
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
08:36 09.11.2026
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
08:30 09.11.2026
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
08:24 09.11.2026
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
08:17 09.11.2026
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
08:03 09.11.2026
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
07:54 09.11.2026
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
07:00 09.11.2026
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
06:48 09.11.2026
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
06:36 09.11.2026
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
06:23 09.11.2026
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
06:13 09.11.2026
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub