Mikayıl Cabbarovdan yeni tapşırıq

Mikayıl Cabbarovdan yeni tapşırıq
Bütün Xəbərlər
12:16 13.06.2014
784

Bakıdakı dövlət ümumtəhsil müəssisələrində “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na uyğun olaraq, özəl operatorların iştirakı ilə yeni mexanizm qurulub. Təhsil Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Nazirliyin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılıb. Təhsil Nazirliyinin tabeliyində ki dövlət uşaq üəssisələrində uşaqların saxlanma vəziyyətinə və uşaqlara verilən qidanın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsəd ilə videokameralar quraşdırılıb. 2013-cü ildə Bakı şəhəri və respublikanın regionlarında 144 yeni məktəb binası və 13 mövcud məktəbdə əlavə tədris korpusları tikilib, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən 2013-cü ilin yay aylarında 177 ümumtəhsil məktəbində və dövlət uşaq müəssisəsində cari təmir işləri aparılıb.

OXŞAR XƏBƏRLƏR