Mikayıl Müşviqin xatirə muzeyinin əsaslı təmiri işlərinə başlanılır

Mikayıl Müşviqin xatirə muzeyinin əsaslı təmiri işlərinə başlanılır
MƏDƏNİYYƏT
11:06 20.01.2026
556
Görkəmli şair Mikayıl Müşviqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin əsaslı təmiri işlərinə başlanılır.

AZXEBER.COM xəbər verir ki, bu işlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" MMC-yə tapşırılıb.

Məlumata görə, ilkin olaraq ev muzeyinin əsaslı təmiri işləri ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Bunun 47,738 min manata başa gələcəyi gözlənilir.

Xatırladaq ki, Mikayıl Müşfiqin xatirə muzeyi Xızıda yağan leysan yağışları nəticəsində yararsız hala düşüb, sel suları muzeyə keçid körpüsünü uçurub.

Artıq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən muzeyin binasına və ətraf əraziyə texniki baxış keçirilib. Baxış zamanı bina və ərazidə təmir və bərpa işlərinin yerinə yetirilməsi, səkilərin yenidən qurulması, piyada körpüsünün yenidən inşa edilməsi, Tıxlı çayının məcrasının təmizlənməsi, sahil bərkidilmə işlərinin aparılması və yerüstü suların idarə olunması üçün hazırlanacaq layihə sənədləri əsasında sözügedən işlərin yerinə yetirilməsinin zəruriliyi müəyyən edilib.

Ötən il muzeyin bərpası ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edilib.

Qeyd edək ki, şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərçivəsində - 1988-ci ildə atası Əbdülqədirin bağ yerində salınıb. Şair 1937-ci ildə güllələndikdən sonra nəşi dənizə atılıb. Ona görə də xatirə muzeyində simvolik məzar qoyulub, büst hazırlanıb. Büstün memarı Münəvvər Rzayevadır. 2004-cü ildə isə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin xatirə muzeyi statusunu alıb.

Muzeyin yaxınlığında M.Müşfiqin 100 illik yubileyinə həsr olunan "Oxu, tar", həyətyanı sahəsində isə kitab abidəsi qoyulub. Muzeydə şairə aid 220-dən çox eksponat saxlanılır.
 
"Report"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı