''Milan''ın keçmiş futbolçusu Gürcüstanda nazir oldu

DÜNYA
14:15 16.10.2012
1646
Gürcüstanda parlament seçkilərində qalib gəlmiş “Gürcü arzusu”nun lideri Bidzina İvanişvili nəhayət öz kabinetini tam elan edib.
AZXEBER.COM-un Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, İtaliya “Milan”ının keçmiş futbolçusu Kaxa Kaladze ölkənin energetika naziri postunu tutacaq.David Narmaniya infrastruktura, Nodar Xaduri maliyyə, Qeorqiy Kvirikaşvili iqtisadiyyat, Xatuna Qoqoladze təbiəti və ətraf mühiti mühafizə, David Daraxvelidze qaçqınlarla iş, David Serqienko səhiyyə, Georgi Marqvelaşvili təhsil naziri vəzifəsini tutacaqlar.Bu təyinatlarla da İvanişvili faktiki öz komandasını formalaşdırmış oldu.Yaxın bir həftədə prezident Mixail Saakaşvili yeni hökuməti parlamentə təqdim edəcək.

OXŞAR XƏBƏRLƏR