Millət vəkili: “Azərbaycanda Boloniya sisteminə keçid olduqca ləng gedir”

GƏNCLİK
16:20 16.06.2011
1796

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Təhsil nazirliyi tərəfindən irəli sürülən magistraturaya daxil olan bakalavrlara hərbi xidmətdən möhlət vermək təklifinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, müharibə şəraitində olan bir dövlətin hər bir gənci orduda xidmət etməlidir: “Bu heç bir hüquqları məhdudlaşmır. Əksinə düşünürəm ki, hər bir gəncin müstəqil düşünməsi üçün, həyata baxışlarını daha da dəqiq formalaşdırmaq üçün bu ən gözəl bir həyat yoludur. Bu həyat yolundan keçmək lazımdır. Söhbət ondan gedir ki, magistraturanı bitirdikdən sonra yenə həmin yaş uyğun gəlir və əsgərlik xidməti davam etdirməlidir. Bu baxımdan fikirləşirəm ki, hər bir gəncin özünün seçimi olmalıdır. Bu seçim də birmənalı olmalıdır”.

Millət vəkili həmçinin ali təhsil ocaqlarının balonya sisteminə keçidinin ləng getdiyini bildirib: “Çox təəssüflə mən qeyd etməliyəm ki, Azərbaycanda balonya sisteminə keçid olduqca ləng gedir. Baxmayaraq ki, dövlət başçısı narahatçılığını ifadə edərək bununla bağlı iki sərəncam imzalayıb. Amma çox təssüflər olsun ki, bu gün Azərbaycan təhsil sistemində baloniya prosesinə keçidin əleyhdarları da var. Bu prosesə neqativ münasibət bəsləyənlər də var. Amma bu gün biz şeyi dərk etməliyik ki, əgər biz Avropa məkanına inteqrasiya və Avropa dövləti kimi inkişaf etmək istəyiriksə gərək biz Avropa təhsil sisteminə inteqrasiya edək və yüksək təhsil standartlarını tətbiq edək ki, bizim hər bir gəncimizin Avropanın istənilən məkanında işləmək və təhsil almaq hüququ olsun. Necə ki, bir avropalının başqa bir Avropa ölkəsində təhsil almağa, işləməyə hüquqları var. Bu xalqımızın, dövlətimizin gələcəyi üçün çox vacibdir”.

 

/// SIA

OXŞAR XƏBƏRLƏR