AZXEBER.COM-un məlumatına görə, bu sözləri yap.org.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov “Freedom House”un son hesabatına münasibət bildirərkən deyib. Y.Abramov qeyd edib ki, “Freedom House” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun sözlərinə görə, təşkilat ölkəmiz haqda məlumatları bir mənbədən alır və burada balans gözlənilmir. Yəni bu qurum hökumətin, parlamentin məlumatlarını və mövqeyini nəzərə almır. Y.Abramov deyib ki, “Freedom House” ölkəmizdə ayrı-ayrı “hüquq müdafiəçiləri” və müxalifət partiyaları ilə əlaqə saxlayır, onların verdiyi məlumat əsasında da belə mənfi hesabat ortaya çıxarır.