Bunu BQP-nin sədri, deputat Fazil Mustafa Milli Məclisin iclasındakı çıxışı zamanı söyləyib.
O deyib ki, bu barədə dəfələrlə məsələ qaldırsalar ki, heç nə dəyişməyib. “Tarixə bu cür sayğısızlıq olmaz” deyən F.Mustafa Fəxri Xiyabandakı həmin qəbirlərin başqa yerə köçürülməli və həmin yazıların da silinməli olduğunu bəyan edib: “O insanların hansı cəllad ola bilər? Onlar bu xalqın ən parlaq ziyalıları olublar. Burda parlamentdə oturan insanlar üçün dövlət qurub gediblər”.
F.Mustafa bu məsələnin diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.
/// lent.az