Millət vəkili artan boşanmalardan narahatlığını ifadə edib

Millət vəkili artan boşanmalardan narahatlığını ifadə edib
Bütün Xəbərlər
18:03 01.08.2015
606

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdə artan boşanmalardan hamımız narahat olmalıyıq deyib və nigah müqaviləsinin önəmindən danışıb.

AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdə son zamanlar boşanma hallarının artması barədə narahatlıqları dilə gətirməklə yanaşı boşanmalar zamanı ortaya çıxan xoşagəlməz hallardan da danışıb.

O bildirib ki, seçiciləri arasında ona onlarla boşanmış ailələrin müraciətləri var. “Əsasən də boşandıqdan sonra övladları ilə çətin vəziyyətdə qalan analardan gəlir bu müraciətlər və onlarla geniş söhbətlərimizin nəticəsi olaraq gəldiyimiz qənaəti sizinlə bölüşmək və sizi övladlarınız ailə quran zaman mütləq nigah müqaviləsi məsələsinə ciddi yanaşmağa çağırıram. Nigah müqaviləsi boşanmalar zamanı bir çox xoşagəlməz halların qarşısını ala bilər. Əsasən də qızların valideynlərinə bu məsələdə həssas olmağa çağırıram.

Tərəflər toy ərəfəsində hər bir sahədə razılığa gəlirlər, amma nikah müqaviləsi haqqında nəinki danışmaq,hətta düşünmək belə çoxlarının ağllarına gəlmir. Bəzilər də ayıbdır deyirlər. Qudalarımız deyərlər ki, yəqin bizə inanmırlar. Çox təssüf ki, hələ də bir çoxlarımiz bu bizim milli mentalitetimizə uyğun deyil deyə heç bir əsası olmayan arqumentlərlə bu doğru olmayan düşüncəni əsaslandırırlar. Amma sonradan boşanma zamanı məhkəmə zallarında elə xoş olmayan şeylər yaşanır, milli mentalitetimizə uyğun olmayan elə hərəkətlər olur ki, adam dəhşətə gəlir. Bəzi qadınlar övladları ilə çox böyük çətinliklər içərisində qalırlar və həm özləri həm də ailələri o zamankı ağlımız olsaydı deyə peşmançılıq çəkirlər”.

Nigah müqaviləsi imzalanması istəmək heç bir milli mentalitetimizə zidd deyil deyən millət vəkili Q.Paşayeva mənə edilən müraciətlər əsasında deyə bilərəm ki, hələ də yaşadığı ünvanda qeydiyyata salınmayan gəlinlər var. “Bu çox pis haldır və gələcəkdə problemləri ortaya çıxarır. Siz mənə gələn bəzi müraciətləri oxusanız dəhşətə gələrsiniz. El adəti ilə gəlin köçmək, toy çalınmaqla rəsmi nigah fərqli şeylərdir. Hər bir qızımız toyu zamanı rəsmi nigahı da bağlanmalıdır ki, sonradan xoşolmayan problemlərlə üzləşməsinlər.

Bu məsələdə ailələr xüsusi həssas olmalıdır.”Millət vəkili Qənirə Paşayeva ilə görüşdə Qaraxanlı kənd sakinləri ünvanlı sosial yardımla bağlı daha çox müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər kəndə verilən içməli və əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması ehtiyacı ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar.

Millət vəkili Qənirə Paşayeva onların ciddi içməli su problemini Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov ilə müzakirə etdiyini və problemin həlli üçün kömək göstərilməsini xahiş etdiyini və Azərsu sədrinin bu məsələyə yaxın zamanlarda baxılacağına dair söz verdiyini bildirib. Millət vəkili Qaraxanlıda bir çox xəstələrin vəziyyəti ilə də maraqlanıb və bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili Qənirə Paşayeva həmçinin fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə bağlı müfafiq qurumlarla danışacağını və həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib.

OXŞAR XƏBƏRLƏR