Millət vəkili bank sektorunda çalışan fəal qadınlarla görüşüb

Millət vəkili bank sektorunda çalışan fəal qadınlarla görüşüb
SOSİAL
12:24 14.06.2018
4456
Bankir Qadınlar Klubunda  ("Women Bankers Club") Bankir qadınların növbəti görüşü keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu dəfəki görüşün qonağı olan millət vəkili Qənirə Paşayeva  vətənpərvərlikdən, fəal qadının vətəni üçün hansı xidmətləri edə biləcəyindən və ümumilikdə qadının dövlətçilikdəki rolundan danışıb. O, qadınların cəmiyyətdə toxunmalı olduğu aktual mövzulardan, dəstəyə ehtiyacı olan sahələrdən danışdı:

"Bankir Qadınlar Klubu da öz növbəsində də anlamalıdır ki, dövlətlə yanaşı vətəndaş cəmiyyətində ayrı - ayrı aktiv, mütərəqqi qruplar bu sahələrin inkişafında öz töhfələrini verməli, vətənpərvərlik borclarını yerinə yetirməlidirlər". Şəxsi inkşafdan da danışan millət vəkili insanın daima öz üzərində işləməsi, işlədiyi sahədən asılı olmayaraq oraya özünün bütün potensialını həsr etməsinin vacibliyindən danışdı. Millət vəkili bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var.
 
Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib.
 
O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.  Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva "biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. "Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik,” – deyə millət vəkili deyib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası yaradıldı
13:01 07.08.2026
Media və Yayım Şurası yaradıldı
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb