Millət vəkili: "Bələdiyyələrə onların öhdəsindən gələ biləcəyi səlahiyyətlər verilməlidir".
Bütün Xəbərlər
21:19 27.08.2011
1200
"Bələdiyyələrə onların öhdəsindən gələ biləcəyi səlahiyyətlər verilməlidir". Milli Məclisin payız sessiyasında bələdiyyələrin səlahiyyətlərinin artırılması haqqında qanun layihəsinin müzakirəsi gözlənilir. AZXEBER.COM xəbər portalının yap.org.az saytına istinadən verdiyi məlumata görə, bunu parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib.Tahir Rzayev deyib ki, bələdiyyələrə onların öhdəsindən gələ biləcəyi səlahiyyətlər verilməlidir. Onun sözlərinə görə, yerli özünüidarə orqanları sosial məsələlərlə məşğuldurlar.Komitə üzvü qeyd edib ki, bələdiyyələrin statusu, maliyyə əsasları ilə bağlı qanunlarda yerli özünüidarə orqanlarının səlahiyyəti ilə bağlı məsələlər əks olunub.