“Çox təəssüf hissi ilə demək istəyirəm ki, indiki müğənnilərin böyük əksəriyyəti saxta, ifa tərzi olmayan insanlardan ibarətdir. Onların arasında xalq artisti, əməkdar artist adını daşıyan müğənnilər də var”. AZXEBER.COM-un məlumatına görə, bu sözləri Qaynar.info-ya açıqlamasında YAP-çı millət vəkili, rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, elə müğənnilər var ki, adını bəstəkar-müğənni qoyub, heyvanlara konsert verir: “Əslində isə nə müğənni kimi ifaçılıqdan, nə də bəstəkar kimi, notlardan başı çıxmır. Yaxın günlərdə mətbuatda bununla bağlı geniş məqalə ilə çıxış etmək niyyətindəyəm. Telekanallarda yayımlanan şou verilişlərinə qətiyyən baxmıram. Hətta ailə üzvlərim belə mənə görə, belə verilişlərdən imtina etməli olublar. Mənim sevdiyim muğamlarımız, milli musiqilərimizdir. Maşınımda Yaqub Məmmədovun, Arif Babayevin, Mənsum Bayramovun, Zeynəb Xanlarovanın, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, gənc muğam ifaçılarının kasetləri var. Bir yerə gedəndə onlar mənə yol yoldaşlığı edirlər.Azərbaycanda milli musiqimizə, muğama yüksək səviyyədə dövlət dəstəyi var. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva muğamın inkişafı üçün çox böyük işlər görüb. Mən də öz növbəmdə həm bir millət vəkili, həm də mətbuat nümayəndəsi olaraq Mehriban xanıma təşəkkür etmək istəyirəm”. AZXEBER.COM-un mlumatına görə, şou biznesimizdə heyvanlara konsert verən yeganə bəstəkar-müğənni Elza Seyidcahandır və Bəxtiyar Sadıqovun da tənqid hədəfi məhz Elza xanımdır.